AZ

Ruslar yenidən hücuma keçib

Ruslar

Rusiya Ukraynaya yenidən raket və dronlarla hücum edib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan olunub.

Reyting.az
xəbər verir ki, Rusiya “Kinjal” aeroballistik raketlərinin daşıyıcısını, “MiQ-31” qırıcısını səmaya qaldıraraq birləşmiş hücum həyata keçirib.

İlkin məlumatlara görə, Rusiya Ukrayna ərazisinə eyni zamanda dronlarla da hücuma keçib. Ukrayna Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, hava hücumu xəbərdarlığı saat 05:15-dək davam edib.

Rusiya qoşunlarının hücumu ilə bağlı ölkənin müxtəlif bölgələrində, o cümlədən Xmelnitski, İvano-Frankivsk, Poltava vəKiyev vilayətlərində partlayış səsləri eşidilib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
reyting.az

2Mənbələr