AZ

Alimlərdən maraqlı ADDIM – Dəri yetişdirdilər

Tokio Universitetinin ( Yaponiya ) alimləri insanabənzər robotun “üzü” üçün dəri yetişdiriblər.

Viral.az xəbər verir ki, tədqiqat “Cell” jurnalında təsvir edilmişdir.

Mütəxəssislərin məqsədi insanabənzər robotun “sifəti” üçün üz ifadələrini çatdıra bilən və soyulmayan dəri analoqu yaratmaq idi. İşin nəticəsi canlı insan hüceyrələrinə əsaslanan süni dəri olub.

Mühəndislər kollagen və elastindən istifadə edərək insan dərisinin bağlarını təqlid edə biliblər. Onlar materialı bərk səthdə saxlayan miniatür birləşdirici toxumalar yaradıblar.

“Dərinin təbii elastikliyi və güclü yapışdırıcı üsulu onun robotun mexaniki komponentləri ilə cırılmadan və soyulmadan hərəkət edə bilməsi deməkdir”, – Tədqiqatın aparıcı müəllifi Shoji Takeuchi deyib.

Alimlərin fikrincə, ortaya çıxan yumşaq dəriyə malik robot prototipi emosiyaları göstərə və hətta gülümsəyə bilirdi. Takeuchi bildirib ki, gələcəkdə tədqiqatçılar tər və yağ bezlərinin, məsamələrin, qan damarlarının, piylərin və sinirlərin analoqlarını əlavə etməklə materialı daha sıx və həqiqi dəriyə daha çox bənzətmək niyyətindədirlər.

Materialda süni dərinin robot texnikasında faydalı ola biləcəyi deyilir. O, həmçinin kosmetika sənayesində və plastik cərrahların hazırlanmasında istifadə edilə bilər.

Yusif EYVAZLI

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
viral.az

1Mənbələr