AZ

Berdiməhəmmədov Türkiyənin müdafiə naziri ilə hərbi tərəfdaşlığı müzakirə edib

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ilə müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb. Nəşr yazır ki, Berdiməhəmmədov Türkmənistanın hərbi doktrinasının sırf müdafiə xarakterli olduğunu qeyd edib. Eyni zamanda, ölkədə Silahlı Qüvvələrin və ordunun digər bölmələrinin şəxsi heyətinin döyüş vərdişlərinin artırılması üçün hər cür şərait yaradılır. Dövlət başçısı Türkmənistanın hərbi qulluqçularının peşəkarlığın artırılması və hərbi işin mütərəqqi metodlarının öyrənilməsi məqsədilə Türkiyədə keçirilən seminarlarda iştirak etdiyini, Milli Ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi istiqamətində də sistemli şəkildə təcrübə mübadiləsi aparıldığını xatırladıb.

Bununla bağlı dövlət başçısı və türkiyəli nazir bu sahədə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
ucnoqta.az

1Mənbələr