AZ

“Neftçi”nin futbolçusu Rusiyaya qayıtmaq istəyir

“Neftçi”nin futbolçusu Azər Əliyev klubu tərk edə bilər.

FutbolPress“in əldə etdiyi məlumata görə, Rusiyanın bir neçə klubu 30 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

“Ağ-qaralar”ın uğursuz transferlərindən hesab edilən Əliyev gələcəyini “Neftçi”də görmür. O, yenidən Rusiyaya qayıtmaq arzusundadır.

Əliyev 2022-ci ilin yanvarından “Neftçi”nin formasını geyinir. Müdafiəçi son mövsümdə 18 oyunda meydana çıxıb.

Azər daha əvvəl Rusiyada “Ufa”, “Tambov”, “Yenisey”, “Samara” kimi klublarda çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
futbolpress.az

1Mənbələr