AZ

Avropa çempionatının sürpriz bombardiri

Almaniyada keçirilən AÇ-2024-ün qrup mərhələsindən sonra bombardiri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, sürprizlərə imza atan Gürcüstan yığmasının forvardı Georges Mikautadze ən çox qol vuran oyunçuların siyahısına başçılıq edir. 

Onun hesabında 3 qol var. 

Forvard həmçinin qrup mərhələsində keçirilən hər 3 matçda qol vurmağı bacaran yeganə oyunçudur. 

Bombardilər yarışında 5 futbolçu 2 qolla Mikautadzeni izləyir. Bunlar İvan Şranz (Slovakiya), Kodi Qakpo (Niderland), Razvan Marin (Rumıniya), Niklas Fülkruq və Jamal Musialadır (hər ikisi Almaniya). 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
qafqazinfo.az

3Mənbələr