AZ

Rumıniya millisinin baş məşqçisi: Şadam ki, hər şey bizim üçün uğurlu oldu

Şadam ki, hər şey bizim üçün uğurlu oldu.

“İki sahil” xəbər verir ki, bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Slovakiyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qrupu birinci sırada başa vurduqları üçün xoşbəxt olduğunu deyib: "Qrupdakı dörd komandanın hər biri dörd xal yığdı. Bu cür maraqlı vəziyyət həyatda həmişə olmur. Şadam ki, hər şey bizim üçün uğurlu oldu. Bütün azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Hər üç görüşdə özümüzü ev oyununda kimi hiss etdik. Rumıniyalı olduğum üçün fəxr edirəm”.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya matçı heç-heçə yekunlaşıb - 1:1. Bu nəticədən sonra rumınlar yer aldıqları E qrupunu birinci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
ikisahil.az

2Mənbələr