AZ

Gürcüstan millisinin hücumçusu qrup mərhələsinin ən yaxşı bombardiri olub

Gürcüstan millisinin hücumçusu Georges Mikautadze 2024-cü il Avropa çempionatının qrup mərhələsində ən çox qol vuran futbolçu olub. Matc.az xəbər verir ki, gürcü forvard turnirin bu mərhələsində üç qol vuran yeganə futbolçu olub. Niklas Füllkruq, Camal Musiala (hər ikisi Almaniya), İvan Şranz (Sloveniya), Kodi Qakpo (Hollandiya) və Razvan Marin (Rumıniya) hərəyə 2 qol vurub. Xatırladaq ki, Gürcüstan millisi 2024-cü il Avropa çempionatının qrup mərhələsinin həlledici matçında Portuqaliyaya qalib gələrək (2:0) tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
matc.az

1Mənbələr