Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda baş tutan Gürcüstan - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya görüşün ən yaxşısı adına layiq görülüb. Qeyd edək ki, Gürcüstan yığması ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala adlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta