AZ

Digər ölkələrİspaniyanın Baş naziri qayınatasının ölümünə görə Aİ sammitində iştirak etməyəcək

İspaniyanın Baş naziri Pedro Sançes həyat yoldaşı Beqonya Qomezin atasının vəfatı ilə əlaqədar 27 və 28 iyun tarixlərində keçiriləcək Avropa İttifaqının dövlət və hökumət başçılarının sammitində iştirak etməyəcək.

“Far.Az” xəbər verir ki, bu barədə Krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərarla bağlı Avropa hakimiyyət orqanları məlumatlandırılıb.

Vurğulanıb ki, Baş nazir sammitdə qəbul ediləcək sazişlərlə bağlı səs hüququnu Almaniya kansleri Olaf Şoltsa həvalə edib.

Seçilən
71
1
far.az

2Mənbələr