AZ

AÇ-2024: Türkiyə və Gürcüstan 1/8 finalda

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları yekunlaşıb.

"Operativ Media" xəbər verir ki, F qrupunun son turu çərçivəsində Gürcüstan və Portuqaliya milliləri üz-üzə gəliblər. Matç Gürcüstan millisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə Türkiyə millisi Çexiya ilə qarşılaşıb. Matç Türkiyə millisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra Portuqaliya, Türkiyə növbəti mərhələyə yüksəlib. Gürcüstan millisi isə ən yaxşı 3-cü kimi pley-offa yüksəlib

Qrup mərhələsi, III tur

F qrupu

23:00 Çexiya – Türkiyə 1:2

Qollar: T.Souçek, 66 – Çalhanoğlu, 51, C.Tosun, 90+4

23:00 Gürcüstan – Portuqaliya 2:0

Qol: Kvaratsxeliya, 2, Mikautadze, 54 (pen.)

Xal durumu: Portuqaliya – 6, Türkiyə – 6,  Gürcüstan – 4, Çexiya - 1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
operativmedia.az

2Mənbələr