AZ

FutbolBelçika millisinin baş məşqçisi: Qrupumuz çoxlarının düşündüyündən çətin oldu

"Qrupumuz çoxlarının düşündüyündən çətin oldu".

"Report" xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Ukraynaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis meydana qələbə qazanmaq üçün çıxdıqlarını deyib: "Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etdik. Qol vurmaq üçün çox çalışsaq da, bu bizdə alınmadı. Komandamla fəxr edirəm. Sona qədər yaxşı mübarizə apardıq. Qrupumuz çoxlarının düşündüyündən çətin oldu".

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun Ukrayna - Belçika matçı heç-heçə yekunlaşıb - 0:0. Bu nəticənin ardından belçikalılar 4 xalla AVRO-2024-ün 1/8 finalına vəsiqə qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
far.az

2Mənbələr