AZ

General Aleksandr Fomin: Rusiya-Azərbaycan əməkdaşlığı regionda sülhə istiqamətlənib

Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur, ölkələrimiz arasında tam qarşılıqlı anlayış var.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Moskvada Azərbaycan Silahlı Qüvvələri Günününə həsr olunan rəsmi qəbulda iştirak edən Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin jurnalistlərə açıqlamasında bildirib.

“Biz Azərbaycanla bütün mümkün istiqamətlərdə əməkdaşlıq edirik. Ölkələrimiz o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq xətti ilə qarşılıqlı əlaqədədir. Bizim heç bir problemimiz yoxdur. İki ölkə arasında tam şəkildə qarşılıqlı anlayış hökm sürür. Demək istəyirəm ki, ölkələrimiz arasında bu əməkdaşlığın bir istiqaməti mövcddur: dünyada və regionda sülh olsun və biz dostluq şəraitində yaşayaq”, deyə general-polkovnik Fomin vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
apa.az

3Mənbələr