AZ

İsrail müdafiə nazirindən atəşkəslə bağlı VACİB AÇIQLAMA

İsrail ordusu 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında hücumlarını davam etdirir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə görüşünün əvvəlində ölkəsinin Qəzzaya hücumları ilə bağlı açıqlama verib. 

İsrailin müdafiə naziri Gallant bildirib ki, Qəzzaya hücumlarını davam etdirən ölkəsi ABŞ prezidenti Baydenin açıqladığı 3 mərhələli atəşkəs təklifinin qətiyyətlə arxasındadırlar.

O, İsrailin baş naziri Benyamin Netanyahu əvvəlki müsahibəsində Qəzzada qismən razılaşmaya hazır olduğunu bildirsə də, İsrailin Baydenin atəşkəs təklifinə sadiq qaldığını müdafiə edib.

Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azxeber.com

1Mənbələr