AZ

İslandiya vulkan püskürmələrinin qurbanı ola bilər - Alimlərdən xəbərdarlıq

Alimlər İslandiyada davam edən vulkan püskürmələrinin onilliklər boyu davam edə biləcəyinə və insanların ən sıx məskunlaşdığı bölgələri, infrastrukturu sıradan çıxaracağına diqqət çəkiblər.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupu 2001-2003-cü illər arasında İslandiyada vulkanik əraziləri araşdırıb.

Alimlər bölgədəki seysmik tomoqrafiya görüntülərini və lava nümunələrini təhlil edərək bəzi ssenarilər hazırlayıblar. Zəlzələ və geokimyəvi məlumatlara əsaslanaraq alimlər İslandiyada davam edən vulkan püskürmələrinin onilliklər boyu davam edə biləcəyi qənaətinə gəliblər.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
teleqraf.com

1Mənbələr