AZ

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb

Bakıda

Bakı, 26 iyun, AZƏRTAC

İyunun 26-da axşam saatlarında Silahlı Qüvvələr Günü münasibətilə Bakının mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olub.

AZƏRTAC xəbər verir ki, vətəndaşlar Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı), “Azneft” dairəsindəki Dövlət Bayrağı Meydanı, Muzey Mərkəzi (Dənizkənarı Bulvar – fəvvarənin qarşısı), Zabitlər parkı, Koroğlu parkı, Fəvvarələr meydanında hərbi orkestrlərin ifasında səsləndirilən vətənpərvərlik mahnılarını böyük maraqla dinləyiblər.

Xatırladaq ki, iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Həmçinin Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiətilə hərbi qulluqçuların yürüşləri də təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
azertag.az

2Mənbələr