AZ

Akademik borcu olan tələbə hansı halda universitetdən xaric edilə bilər?

Azərbaycanda 2023-cü ildə 716 tələbə akademik borca görə universitetdən xaric edilib. Tələbələr hansı hallarda akademik borca görə ali təhsil müəssisəsindən xaric edilə bilər?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə ilə əlaqə saxladıq.. 

Sədr bildirib ki, hazırda Azərbaycanda ali təhsil sistemi baloniya prosesinə qoşulub:

“Baloniya prosesinin tələblərinə müvafiq olaraq tələbə hansısa fənn üzrə krediti toplamadıqda universitetdən birbaşa xaric edilmir. Sadəcə universiteti bitirənə qədər akademik borcunu ödəmək üçün ona vaxt verilir. Hətta universiteti bitirdikdən sonra da tələbəyə kreditləri toplamaq üçün vaxt verilir”. 

H.Əlizadənin sözlərinə görə, 2023-cü ildə akademik borclarını ödəmədiyi üçün universitetdən xaric edilən tələbələr çox güman ki, bir semestr ərzində ali təhsil müəssisəsi ilə əlaqə saxlamayıb, heç bir fənnlə maraqlanmayıb, ümumiyyətlə dərsə getməyiblər və universitetlə əlaqə saxlamadıqları üçün xaric ediliblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
8
news365.az

9Mənbələr