AZ

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun səkkizinci iclası baş tutub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



24-26 iyun 2024-cü il tarixlərində Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri - S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri - A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri - M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclasa İran nümayəndə heyətinin rəhbəri A.Cahangiri sədrlik edib. İclas zamanı tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub. Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasına öz minnətdarlıqlarını bildiriblər. YSİQ-in növbəti iclası Qazaxıstan Respublikasında, diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
oxu.az

10Mənbələr