AZ

Çexiya ilə oyun öncəsi minlərlə türk azarkeş yürüşü keçiribFOTO, VİDEO

2024-cü il Avropa çempionatında (AVRO-2024) bu gün axşam saatlarında Futbol üzrə Milli Komandanın Çexiya ilə oyunu öncəsi Hamburqda azarkeş marşı keçirilib.  

Senzor.az Anadolu-ya istinadən bildirir ki, Stellingen Vağzalından başlayan yürüşə minlərlə türk azarkeş qatılıb. 


Böyük coşquya şahidlik edən yürüşə qatılan azarkeşlər Türkiyə bayraqları, məşəllər və himnlərlə milli komandaya dəstək olublar. 

Fələstin bayraqlarının da açıldığı yürüşdə “Azad Fələstin” şüarları səsləndirilib. Azarkeşlər təqribən 2 kilometr yol qət edərək matçın keçiriləcəyi Volkspark stadionuna çatıblar.

Azarkeşlərin yürüşü zamanı ay-ulduzlu bayraqlarını ətrafdakı binalardan dalğalandıran türklər milli komandaya dəstək olublar.

 

Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
senzor.az

1Mənbələr