AZ

İsraildən “Əl-Cəzirə”yə birdəfəlik qadağa

“Əl-Cəzirə” televiziyasının İsrail ərazisində həmişəlik bağlanması ilə bağlı qanun layihəsi parlamentdə müzakirə edilib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, telekanalın fəaliyyətinin dayandırılmasını daimi edəcək qanun layihəsi ilkin səsvermədə təsdiqlənib.

Qanun layihəsində İsraildəki xarici media qurumlarının "ölkənin təhlükəsizliyinə zərər verdiyi" müəyyən olunarsa, hökumətə onların fəaliyyətini 45 gün müddətinə dayandıra biləcək. Məsələ ilə bağlı müvəqqəti qərarın iyulun sonunda başa çatacağı gözlənilirdi. Amma səsvermədən əvvəl İsrailin rabitə naziri Şlomo Karhi Ədliyyə Nazirliyinin müvəqqəti qərarının əleyhinə olduğunu bildirib və kanalın tamamilə bağlanması lazım olduğunu müdafiə edib.

Qərar çərçivəsində Əl-Cəzirə telekanallarının və internet saytlarının İsraildəki fəaliyyətinin dayandırılması, internet saytlarına girişin bloklanması, ofislərinin bağlanması və avadanlıqlarının müsadirə edilməsi qərara alınıb.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
teleqraf.com

1Mənbələr