AZ

“Ya sən öləcəksən, ya mən”: “Metro Park”ın qarşısında güllələnmənin təfərrüatı üzə çıxdı - video

Bakıda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qız üstündə baş verib. Belə ki, hər iki gənc bir qızı sevirmiş.

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev “Ya sən öləcəksən, ya mən” deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
buta.media

2Mənbələr