Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.BUTA.TV xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, hadisə iyunun 26-da saat 16 radələrində baş verib. Araşdırma zamanı məlum olub ki, 1959-cu il təvəllüdlü Mahir Quliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürüb, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdiriliblər, hazırda müalicələri davam edir. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.