AZ

Avropa çempionatları tarixində ilk – 4 komanda eyni xal toplayıb

Avropa çempionatları tarixində ilk dəfə komandalar qrup mərhələsini eyni xalla başa vurub.

İdman.biz xəbər verir ki, bu hadisə AVRO-2024-də E qrupunda qeydə alınıb.

Rumıniya, Belçika, Slovakiya və Ukrayna 3 oyundan sonra 4 xal toplayıb. Nəticədə sıralama qol fərqinə görə müəyyənləşib. Yekunda sonuncu yeri tutan ukraynalılar pley-offdan kənarda qalıblar.

Turnirin tarixində digər maraqlı məqam ilk dəfə 4 xal toplayan komandanın qrup sonuncusu olmasıdır.

Qeyd edək ki, bu gün keçirilən son turda hər iki oyun heç-heçə başa çatıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
idman.biz

1Mənbələr