AZ

Tramp ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl Gerşkoviçi azad edəcəyinə söz verib

ABŞ-ın keçmiş prezidenti və Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra həbsdə olan amerikalı jurnalist Evan Qerşkoviçi azad edəcəyinə söz verib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə yerli  mediaya  istinadən  məlumatı  RİA Novosti yayıb.

 

“Noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlsəm, Evan Qerşkoviç vəzifəyə başlamazdan əvvəl azad olunacaq”, - ABŞ-ın keçmiş prezidenti sosial şəbəkələrdə bildirib.

 

The Wall Street Journal-ın müxbiri Gerşkoviç 30 mart 2023-cü ildə Yekaterinburqda saxlanılıb. Jurnalistə qarşı casusluq maddəsi ilə cinayət işi açılıb. Martın 26-da məhkəmə onun həbs müddətini iyunun 30-dək uzadıb.

 

Daha əvvəl Tramp demişdi ki, “onun üçün” Rusiya prezidenti Vladimir Putin jurnalist Gerşkoviçi ABŞ-a qaytaracaq.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
oxu24.com

1Mənbələr