Almaniyada təşkil olunan Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Komanda.az xəbər verir ki, 3-cü turun son günündə nəzərdə tutulan 4 matçdan ikisi başa çatıb
E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Nəticədə bütün komandaların 4 xalı olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə qrupu 3-cü yerdə bitirən ən yaxşı 4 komandadan 1-i kimi pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.
AÇ-2024E qrupu25 iyun
Slovakiya – Rumıniya 1:1Qollar: Andrey Duda, 24 – Razvan Marin, 37-pen.Baş hakim: Daniel Zibert (Almaniya).Frankfurt. “Valdstadion”.
Ukrayna – Belçika 0:0Baş hakim: Entoni Teylor (İngiltərə).Ştutqart. “MHP Arena”.
Xallar: Rumıniya – 4. Belçika – 4. Slovakiya – 4. Ukrayna – 4.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərAÇ-2024
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta