"Napoli"nin baş məşqçisi Antonio Konte klubun hücumçusu Xviça Kvaratsxeliyanın PSJ-yə mümkün transferindən danışıb.
QOL.az jurnalist Fabrizio Romano X sosial şəbəkəsinə istinadən xəbər verir ki, o deyib: “Şübhə yoxdur, hər şey artıq aydındır. Xviça Kvaratsxeliya “Napoli”də qalacaq”.
Xatırladaq ki, bir müddət əvvəl gürcüstanlı futbolçunun PSJ-yə keçə biləcəyi barədə xəbər yayılmışdı.
Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən "Napoli"də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.