AZ

Bakının bu ərazisində elektrik enerjisi yenə kəsildi— SƏBƏB

Xəzər rayonunun Şüvəlan qəsəbəsinin “Şimal Dressi” adlanan ərazisində elektrik verilişi bir neçə saatdan çoxdur ki, dayandırılıb.

Demokrat.az
xəbər verir ki, yerli sakinlər sözügedən ərazidə elektrik enerjisinin son vaxtlar mütəmadi hal aldığını bildirir.

Sakinlərin sözlərinə görə, Şüvəlanın “Şimal Dressi” adlanan ərazisində hər həftə elektrik enerjisinin verilişində ciddi problemlər yaranır. 

“Azərişıq” ASC-dən isə Demokrat.az bildirilib ki, həmin yerdə elektrik enerjisinin kəsilməsinə səbəb ərazidən keçən xəttin qırılmasıdır:

“Hazırda ərazidə “Azərişıq”ın briqadası çalışır. Problem yaxın saatlarda həllini tapacaq”.


Aygün Əlizadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
demokrat.az

1Mənbələr