AZ

Almaniya öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırır

Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

 

Xəbərdarlıq xarici işlər naziri Annalena Berbokun İsrail və Livana səfərindən sonra edilib.

 

Almaniya Xarici İşlər Nazirliyi bəyanatında regionda təhlükəsizlik vəziyyətinin “son dərəcə qeyri-sabit” olduğunu və Livan və İsrail arasındakı sərhəd zonasında münaqişənin yenidən gərginləşdiyini və onun daha da gərginləşməsinin istisna oluna bilməyəcəyini bildirib.

 

Bir gün əvvəl Kanada Xarici İşlər Nazirliyi də oxşar xəbərdarlıq etmişdi. Kanadalılara kommersiya aviaşirkətləri uçarkən Livanı "bacardıqca" tərk etmələri tövsiyə edilib.

 

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
oxu24.com

1Mənbələr