AZ

Tovuz sakini lizinqlə traktor aldı, texnikada problem yarandıqdan sonra aylıq ödənişi DAYANDIRDIVİDEO

İşləməyən texnikaya görə ödəniş istənilir...

Xezerxeber.az xəbər verir ki, 2021-ci ildə lizinq şirkətlərinin birindən alınan traktorda  bir müddət keçdikdən sonra nasazlıqlar yaranmağa başlayıb.

Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Əli Zamanov bildirir ki,  təzə aldığı texnikada yaranan nasazliqlarla bağlı "Prior lizing" şirkətinə məlumat verib. Lakin traktorun dərdinə çarə tapılmayıb.

Çörək pulunu bu texnika ilə qazanan Əli Zamanov öz imkanları hesabına traktoru təmir etməyə çalışıb. Lakin bütün cəhdlərə baxmayaraq yenə də traktor istifadəyə yararsız qalıb.

Aylıq ödənişini üç aydır dayandıran Əli Zamanov aqro servislərin birindən icarəyə başqa traktor götürüb istifadə edir.

“Prior lizing”  şirkətinin mətbuat xidmətindən isə bildirildi ki, şirkət tərəfindən müştəriyə 1 il zəmanət verilib. Zəmanət müddətinin qüvvədə olduğu zaman ərzində isə  müştərinin sadəcə 1 yağdəyişmə ilə bağlı müraciəti olub və müştərinin bu istəyi yerinə yetirilib. Zəmanət müddətində qeyd olunandan başqa şirkətimizə əlavə müraciət daxil olmayıb.  Şirkət yenə də qaydalara uyğun olaraq müştəriyə güzəştli xidmət çərçivəsində dəstək olmağa hazırdır, -deyə qeyd  olunub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
xezerxeber.az

1Mənbələr