AZ

Məşhur şəxsin Azərbaycanda qazanacağı məbləği görün… İRİ HAQQ-HESAB!

Xəbər verdiyimiz kimi, “Turan Tovuz” yeni baş məşqçisi Kurban Berdıyevlə münasibətləri rəsmiləşdirib.

71 yaşlı çalışdırıcı bölgə təmsilçisinə təyin olunub.

Aparılan danışıqlardan sonra tanınmış mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb.

O, ilk mövsümündə 250 min dollar qazanacaq. Sonrakı sezonda bu rəqəm daha 100 min dollar artacaq.

Müqavilənin üçüncü bölümünün qüvvəyə minəmsi klub rəhbərliyindən asılıdır: əgər əldə olunan nəticələr onları razı salarsa, baş məşqçiyə «qal» deyiləcək.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo”ya (Mahaçqala) rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub.

O, 2020-21 mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
sportinfo.az

2Mənbələr