AZ

“Qarabağ”da əfsanə oldu, səmimiyyəti ürək oxşadı: “Bəlkə də düşünə bilərsiz ki...”

“Bakı mənim doğma şəhərim, Azərbaycan sevimli ölkəmdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın keçmiç kapitanı Maksim Medvedev deyib.

İyunun 2-də aktiv futbolçu həyatına son verən 34 yaşlı müdafiəçi “bundan sonra Bakıda qalacaqsan, yoxsa yaşamağa Sankt-Peterburqda davam edəcəksən” sualna cavabında bunları söyləyib:

“Bəli, milliyətcə rusam. Bəlkə də düşünə bilərsiz ki, karyeramı başa vuran kimi Rusiyaya gedəcəm.

Xeyr, doğma ölkəmdə qalacam. Qafqaz torpağında doğulmuşam, Qafqaz tərbiyəsi almışam, xanımım rus olsa da,

Bakıda ailə qurmuşam, övladlarım Azərbaycanda böyüyüb, tərbiyə alıblar.

Övladlarım da özlərini azərbaycanlı hesab edir və rus uşaqları ilə aralarında olan fərqlər açıq-aşkar görünür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
sportinfo.az

1Mənbələr