AZ

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ölkə

Bakı, 26 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 20:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy, Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa, Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran, Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy, Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan, Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 metr/saniyə, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax , Bərdə, Sədərək, Şəmkirdə 20 metr/saniyə təşkil edir.

Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrində diametri 14-16 millimetr olan dolu düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
31
azertag.az

10Mənbələr