AZ

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 20:00-aolan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkəərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən Trend-əbildirilib ki, hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy,Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa,Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran,Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy,Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan,Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabirleysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıdavə Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən,Mingəçevir, Tərtərdə 24-30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isəYevlax , Bərdə, Sədərək, Şəmkirdə 20 m/s təşkil edir.

Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrindədiametri 14-16 mm olan dolu düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
31
az.trend.az

10Mənbələr