AZ

Bəzi yerlərdə küləyin sürəti 30 m/s-ə çatdı

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Publika.az Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 20:00-a olan məlumatına əsasən xəbər verir ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy, Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa, Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran, Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy, Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan, Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax , Bərdə, Sədərək, Şəmkirdə 20 m/s təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
publika.az

1Mənbələr