AZ

Ronaldo: “İndi futboldan çox tennis haqqında düşünürəm”

Braziliya millisinin və “Real”ın sabiq hücumçusu Ronaldo tennislə bağlı çox müsbət fikirlər səsləndirib. Matc.az xəbər verir ki, o, bunu məşhur tennis meneceri, əfsanəvi Serena Uilyamsın keçmiş məşqçisi Patrik Muratoğlunun akademiyasının təşkil etdiyi illik xeyriyyə gecəsində deyib. “Mən tennisi çox sevirəm! Tennislə bağlı hər şeyi sevirəm. İndi futboldan çox tennis haqqında düşünürəm. Bu inanılmazdır! Artıq futbol matçlarına baxa bilmirəm - onlar indi çox darıxdırıcıdır. Amma mən beş saat tennis izləyə bilərəm. Həftədə üç dəfə məşq edirəm və artıq çox rəqabətədavamlıyam. Oyun təcrübəm hər gün daha da yaxşılaşır”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
matc.az

1Mənbələr