AZ

Şuşada Beynəlxalq Forumun açılış mərasimi - FOTOREPORTAJ

Şuşada Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə "By Youth For Youth" (Gənclərdən gənclər üçün) adlı Beynəlxalq Forumun açılış mərasimi keçirilib.Açılış mərasimi “Natiq” ritm qrupunun ifasında bədii hissə ilə başlayıb.Sonra Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, gənclər və idman naziri Fərid Qayıbov, Heydər Əliyev Fondunun rəsmisi Elvin Aslanov, Səudiyyə Ərəbistanının Gənc Sülh Səfiri Lujain Felemban, Kamerunun Gənc Sülh Səfiri Hamadou Pouditto, Azərbaycanın Gənclər Sülh Səfiri Şərqiyyə Həsənova çıxış ediblər.Tədbirdə Azərbaycan gəncliyinə və ICESCO-ya həsr olunmuş videoçarxlar nümayiş edilib.Daha sonra Forum panel müzakirələr və təqdimatlarla davam edib. Forumun “Sülhün və humanitar fəaliyyətin təşviqində gənclərin rolu” mövzusunda Azərbaycan Gənclər Fondunun şöbə müdiri Vüsalə Niftəliyevanın moderatorluğu ilə keçirilən panel müzakirələrində Uqandanın idman üzrə dövlət naziri Peter Oqvanq, Nigeriyanın Gənclərin İnkişafı Federal Nazirliyinin daimi katibi Əhməd Dunoma, Çadın gənclər və idman naziri Abakar Jermah Aumi, Qambiyanın gənclər və idman naziri Bakar Bodji və FİFA-nın keçmiş baş katibi Fatma Samoura (Seneqal) fikir mübadiləsi aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
baku.news

1Mənbələr