AZ

Ekspertdən təklif: 51 baldan az nəticə göstərmiş müəllimlər arasında niyə fərq qoyulmalıdır.

Müəllimlərin Sertifikatlaşdırma imtahanında Əldə Etdikləri Bal Nəticələri Maaş Artımlarına Səbəb Olur. Bəs nəyə görə 51 baldan az nəticə göstərmiş müəllimlər arasında fərq qoyulmur?!Son illərdə Azərbaycan Respublikasında müəllimlər üçün təhsil və peşəkar inkişaf sahəsində ciddi dəyişikliklər və kadr islahatı baş vermişdir. Bu dəyişikliklərdən biri də müəllimlərin sertifikatlaşdırma imtahanlarına cəlb edilməsi və topladıqları bal nəticələrinə görə maaş artımı perspektivləridir.TehsilForumu.Az bildirir ki , Ekspertin araşdırmasına görə son araşdırmalar, sertifikatlaşdırma imtahanlarında məqbul nəticə göstərmiş müəllimlərin, digər həmkarlarına nəzərən ciddi maaş artımları əldə etdiklərini göstərir. Lakin buna baxmayaraq təklif etmək istərdim ki, 31-40, 41-50 bal intervalında nəticə göstərmiş müəllimlərin arasında müvafiq olaraq əmək haqqlarında 10 və 20 faizlik artımlar edilməlidir. Düşünsək ki, 31-40 bal intervalında nəticə göstərmiş müəllimlə, 41-50 bal intervalında nəticə göstərmiş müəllim arasında faiz artımı eyni dərəcədə olacaq. Mənim zənnimcə bu ədalətsizlik olardı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
tehsilforumu.az

1Mənbələr