AZ

Qriqoryan Qarabağ açıqlaması ilə erməniləri alçaldıb - Zaxarova

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmaqla əslində öz xalqını aşağılayıb. 

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Hakimiyyət təmsilçisi kimi bu cür şəxslər hərəkətləri ilə öz xalqını aşağılayırlar. İnsanların öz xalqının tarixi yaddaşına bu qədər alçaldıcı münasibət göstərməsi mənim üçün təəccüblüdür”, - Zaxarova bildirib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
olke.az

1Mənbələr