AZ

Husilər yeni raketlər atıb

Yəmən husiləri, Ədən körfəzində əvvəlki hücumlarının demək olar ki, hamısını həyata keçirdikləri yerlərdən xeyli uzaqda olan gəmiyə hücumu həyata keçiriblər.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Böyük Britaniya Dəniz Ticarət Təşkilatı məlumat yayıb.


Söhbət bazar ertəsi səhər saatlarında, Omanla sərhəd yaxınlığında yerləşən Niştun şəhərindən təxminən 450 kilometr cənub-şərqdə baş verən hücumdan gedir.

 

Gəmidə partlayış səsləri eşidilib, lakin ekipaj üzvlərindən xəsarət alan olmadığı bildirilir.

 

Husi ordusunun sözçüsü əvvəlcədən yazılan bəyanatda hərəkatın hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. O, təfərrüatlara varmadan hücumun yeni ballistik raketdən istifadə edilərək həyata keçirildiyini bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
oxu24.com

1Mənbələr