AZ

Qız keçmiş sevgilisini hava limanına aparmadığı üçün məhkəməyə VERDİ

Yeni Zelandiyalı qadın keçmiş sevgilisini vəd etdiyi kimi onu hava limanına aparmadığına görə, uçuşunu yarımçıq qoymasına və əlavə xərclərə məruz qalmasına görə məhkəməyə verib.Oğlan sevgilisinin evində olmadığı müddətdə onun evində qalmağa və itlərinə baxmağa razılaşsa da, sonda heç nə etməyib. 
 

Sfera.az bildirir ki, qız təyyarəyə gecikdiyi və planlaşdırılmamış maliyyə xərclərinə məruz qaldığını iddia edir.

 

Məhkəmə iddialarına görə, altı il yarımlıq sevgilisi onu konsertdən əvvəl hava limanına aparmayıb. İndi qız keçmiş sevgilisindən təzminat almaq ümidi ilə şikayət edib.

 

Uçuşun günü səhər sevgilisi onu götürməli idi, lakin o, nə gəlib, nə də zənglərə cavab verib. Qız uçuşa geciksə də, səfərini xilas edə bilib. Tətildən sonra qız məhkəməyə müraciət edib. 

 

Qadın keçmiş sevgilisinin onunla şifahi müqaviləni pozduğunu iddia etsə də, məhkəmə tərəflərin həqiqətən əməl edilməli olan müqavilə bağlamadığını bildirir. Mübahisələr Məhkəməsi nəticədə qadının iddialarını rədd edərək, onun o vaxtkı partnyorunun verdiyi vədləri yerinə yetirmək öhdəliyi olmadığına qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sfera.az

1Mənbələr