AZ

Vətəndaş Ağsu DYP-nin əməkdaşlarından ŞİKAYƏT ETDİ - "Təkcə məni deyil bütün əhalini incidirlər"

Azərbaycan Respublikasının Daxili işlər Naziri cənab Vilayət Eyvazova,Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə,Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili çox hörmətli Səbinə xanım Əliyevaya Ağsu Rayon Ülgüc kənd sakini Məmmədov Feyruz Əhməd oğlu tərəfindən:

Ərizə:

Yazaraq sizlərə bildirmək istəyirəm ki,mənim maşınımı 26.05.2024-cü il tarixində Ağsu Rayon Yol Polisi şöbəsinin əməkdaşları Taleh və Səməndər adlı serjantları saxlayaraq onlara çoxdandır hörmət etmədiyimi bildirdilər.Bu səbəbdən maşınımı Polis Şöbəsinə apararaq mənə cərimə yazacaqlarını bildirdilər.Mən etiraz edərək dedim ki,mənim heç bir cəriməm yoxdur,olsa da deyin gedim ödəyim.Məni daha niyə aparırsız polis şöbəsinə?Bu sözümdən sonra dedilər ki,sənin maşının həbsdədir.Maşınımı məndən alaraq özləri sürüb apardılar.Mən gedib araşdırdım və dəqiq olaraq bildim ki,maşınımın heç bir həbsi yoxdur.Gəlib onlara deyəndə ki,maşınımın həbsi yoxdur,səbəbsiz yerə salmısız maşını cərimə meydançasına.Mənə dedilər ki,biz sənə ürəyimiz istəyən cəriməni yazıb süründürərik səni,əgər sürünmək istəmirsənsə bizə 200 manat ver maşınını apar.Cənab Nazir Vilayət müəllim,cənab Baş Prokuror Kamran müəllim,çox hörmətli Səbinə xanım, qeyd edim ki,Ağsu Rayon Polis şöbəsinin məhz adı çəkilən işçiləri təkcə məni deyil bütün əhalini incidirlər.

Mən sizin hər birinizdən xahiş edirəm.Mənə taptalanmış haqqımın bərqərar olmasında,incidilməyimdə,qanunsuz cəzalanmağımda rolu olan əməkdaşları cəzalandıraraq mənə köməklik edəsiniz. Səbəbsiz və qanunsuz yerə həbsdə olan maşınımın özümə qaytarılmasına köməklik edəsiniz.

Hörmətlə: Feyruz Məmmədov

BİA.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
paytaxt.org

1Mənbələr