AZ

Nazir müavini: Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir

Tbilisi, 26 iyun, AZƏRTAC

Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir. Güclü və dost qonşu hamı üçün önəmlidir. Çünki bizim dərin dostluq və strateji əməkdaşlığımız var. Bu əməkdaşlıq xüsusilə hərbi sahədə çox yüksək səviyyədədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili söyləyib.

O bildirib ki, Gürcüstan həm ikitərəfli, həm də Türkiyə ilə üçtərəfli formatda səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə ölkələr üçün deyil, ümumilikdə regionda sülhün və sabitliyin bərqərar olunmasında mühüm əhəmiyyət kəsb edir

“Mən Azərbaycan xalqını 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Qardaş və dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram”, - deyə P.Patiaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
17
azertag.az

10Mənbələr