Amerika Kubokunda Kanada - Peru matçının köməkçi hakimi Luis Ventura ilk hissənin sonunda huşunu itirib.

Offsideplus.az xəbər verir ki, Kanada komandasının qapıçısı Maksim Krepeau həkim briqadasını meydana çağırıb. Hakim müalicə olunub və xərəklə meydançadan çıxarılmadan bir müddət sonra ayağa qalxıb.  Görüşün keçirildiyi Kanzas-Siti şəhərində havanın temperaturunun 30 dərəcədən çox olduğu bildirilir.