AZ

"Çelsi" Madueka ilə bağlı qərar verib

"Çelsi"nin vingeri Noni Madueke yay transfer pəncərəsində klubu tərk etməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O "zadəganlar"ın rəhbərliyi 22 yaşlı futbolçunu yeni mövsümdə saxlamaq niyyətində olduğunu və yalnız yeni sağ cinah oyunçusu alacağı təqdirdə sata biləcəyini qeyd edib.

 Daha əvvəl Madukenin xidmətində "Yuventus" və "Nyukasl"ın maraqlı olduğu iddia olunurdu.

Ötən mövsüm Madueke bütün yarışlarda 34 matçda iştirak edib, 8 qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. Transfermarkt portalı ingilis futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
90deqiqe.az

1Mənbələr