AZ

Roberto Martines: “Gürcüstan millisi məni təəccübləndirdi”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Gürcüstan millisi ilə oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, vacib oyundur. Bundan, qrupdan kimin çıxıb, kimin çıxmayacağı asılı olacaq. Gürcüstan millisi Avropa çempionatını çox maraqlı keçirir. Oyunun sonunda bu imkandan istifadə etsəydilər, Çexiya yığmasını məğlub edə bilərdilər. Türkiyə millisi ilə oyunda çox yaxşı görünürdülər. Diqqətimizi qoruyub saxlamaq və qalib gəlmək gərəkdir.

İndi ələmə mərhələsində rəqibimizin kim olmasının əhəmiyyəti yoxdur. Bu, oyun günündə fərq edəcək.

Gürcüstan millisi məni təəccübləndirdi. Avropa çempionatına düşmək asan deyil. Onların əla əks-hücum qabiliyyəti və heyrətamiz ifaçıları var”, deyə Roberto Martines vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “F” qrupu çərçivəsində baş tutacaq Gürcüstan – Portuqaliya oyunu bu gün, iyunun 26-da Gelzenkirxenin “Feltins-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “F” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Portuqaliya – 6 xal
  2. Türkiyə – 3 xal
  3. Çexiya – 1 xal
  4. Gürcüstan – 1 xal

Poruqaliya yığması 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib və bu mərhələdə rəqibinin müəyyənləşməsini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
arena.az

1Mənbələr