AZ

"Canım Azərbaycanım" adlı tədbir keçirilib

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə "Canım Azərbaycanım" adlı tədbir keçirilib.
TədbirMilli Azərbaycan Tarixi Muzeyininbaş mütəxəssisi Aynur Babayevanın çıxışı ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı Aynur Babayeva Silahlı Qüvvələr günün yaranması tarixinə aid ümumi məlumatlar verib. Tədbirdə çıxış edən muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov Milli Azərbaycan Tarixi Muzeyində şəhid və qazilərimizə aid şəxsi əşyaların qorunması və həmin fondun fəaliyyəti barədə məruzə edib.Sübhnur Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova torpaqlarımızın azad olunmasında şəhidlərimizingöstərdiyi qəhrəmanlıqlardanbəhs etdi. Tədbirdə həmçinin, Azərbaycan Mədəniyyət işçisi, şairə, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi CumayevaRüxsarə, Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin əməkdaşları,Vətən Müharibəsi qaziləri Şirinov Ramin, Hüseynov Füzuli, Muradov Eldəniz, Quliyev Kənan vəSəbuhi Əliyevin çıxışları dinlənildi. Çıxış edən müharibə iştirakçıları döyüş yolları barədə məlumat verdilər.
TədbirdəSübhnur TədrisMərkəzinin istedadlı şagirdlərinin bədii kompozisiyası çərçivəsindəvətənpərvərlik mövzusunda şeirlər səsləndirib mahnılar ifa etməklə yanaşı milli rəqsnömrələri ilə çıxışlar etdilər. Tədbirdə,gənc muğam ifaçıları Mələk Məmmədova vəMirsahil Məmmədlinin də ifaları dinlənildi. Sonda bütün iştirakçılara Sübhnur Tədris Mərkəzinin təşəkkürnaməsi təqdim olundu və xatirə şəkli çəkildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sia.az

1Mənbələr