AZ

Villi Sanyol: “1/8 finala vəsiqə qazanmaq istəyimiz təbiidir”

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Portuqaliya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Portuqaliyanın çoxlu yüksək səviyyəli oyunçuları olan fantastik komandası var, amma qrupdan vəsiqə qazanmaq üçün ən kiçik bir imkanımız olduğu müddətcə, bütün oyunçularım və mən bunu sona qədər arzulayacağıq.

Sadəcə, bu yarışda iştirak etmək, bizim üçün arıtq böyük nailiyyətdir. Əgər yarışdan əvvəl kimsə desəydi ki, son tura qədər bizim, qrupdan vəsiqə qazanmaq imkanımız hələ də qalacaq, mən buna sevinclə razılaşardım. Amma indi biz bunu daha çox istəyirik, bu isə olduqca təbiidir”, deyə Villi Sanyol vurğulayıb.

Fransız mütəxəssis həmçinin heyət seçimində ona siyasi müdaxilənin təsirinin olması haqda fikir səsləndirən bəzi ictimaiyyət nümayəndələrinin ünvanına kəskin iradını bildirib:

“İndi məni hər gün təhqir edirlər, bəzi gicbəsərlər – bunu isə deyə bilərəm! Yenə deyirəm: gicbəsərlər – çünki onlar tamamilə qeyri-futbol səbəblərinə görə təhqir edirlər. Mən isə buna daha dözə bilmirəm. Mən futbol məşqçisiyəm, başqası yox. Bu, hamıya aydındır?! Kimin oynayıb, kimin oynamaması mənim qərarımdır. Elədir ki, var!”, – “The Sun” dərgisi Sanyoldan sitat gətirir.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “F” qrupu çərçivəsində baş tutacaq Gürcüstan – Portuqaliya oyunu bu gün, iyunun 26-da Gelzenkirxenin “Feltins-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
3-cü tur ərəfəsində “F” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Portuqaliya – 6 xal
  2. Türkiyə – 3 xal
  3. Çexiya – 1 xal
  4. Gürcüstan – 1 xal

Poruqaliya yığması 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib. Sözügedən komanda bu mərhələdə rəqibinin müəyyənləşməsini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
arena.az

1Mənbələr