AZ

İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirib

Bakı. Trend:

İsrail ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəsrazılaşması təklifini dəstəkləyir.

Trend-inməlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalantvideomüraciətdə deyib.

Onun sözlərinə görə, indi Fələstinin "HƏMAS" hərəkatınınnümayəndələri buna öz razılığını verməlidirlər.

"Biz İsrailin qəbul etdiyi prezident [Baydenin] təklifiniqətiyyətlə dəstəkləyirik və indi "HƏMAS" bunu qəbul etməlidir, əkshalda bunun fəsadları ilə üzləşəcək", - deyə nazir qeyd edib.

Y.Qalant vurğulayıb ki, İsrail birinci növbədə Qəzzadasaxlanılan girovları evlərinə qaytarmaq və öz xalqınıqorumaqdır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
az.trend.az

1Mənbələr