AZ

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü Qubada QEYD EDİLDİ - FOTO

Daxili Qoşunların Qubadakı "N" saylı hərbi hissəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü qeyd edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bayram tədbirinə yığışanlar əvvəlcə Heydər Əliyevin panosu və Qarabağ şəhidlərinin xatirə guşəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi uzun, tarixi yola nəzər salınıb, çıxışlar olub. Xidmətdə fərqlənən hərbçilər mükafatlandırılıb.
Sonda hərbçilər üçün konsert proqramı təşkil edilib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
bizim.media

1Mənbələr