AZ

"Qərbi Azərbaycana qayıdışımızı idman, təhsil, eləcə də digər istiqamətlərdə aparacağıq" - "Qarakilsə"nin baş məşqçisi

"Qərbi Azərbaycan İcmasının bu tipli tədbirləri qənaətbəxşdir. Həqiqətən də bu, gənclik tərəfindən yüksək qarşılanır".

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında "Qarakilsə" komandasının baş məşqçisi Fuad Heydər deyib. O bildirib ki, bu gün nümayiş etdirilən futbol onu göstərir ki, Qərbi Azərbaycana qayıdışımızı idman, təhsil, eləcə də digər istiqamətlərdə aparacağıq: "Bugünkü təəssüratlar ondan ibarətdir ki, burada heç bir komanda məğlubiyyətə uğramır. Təbii ki, qardaşlar arasında olan oyunda məğlubiyyət və qalibiyyət anlayışı yoxdur. Bu gün hamımız qalibik. Çünki bizim sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız bizimlədir. Ali rəhbərimizi bizə dəstəkçidir. Hal-hazırda qeyd etmək olar ki, oyunlar yüksək səviyyədə keçirilir. Qardaşlıq oyunu olmağına baxmayaraq ədalətli oyun gedir. Necə deyərlər, qardaşlıq qalib gəlsin!"

Qeyd edək ki, bu gün Qərbi Azərbaycan Kubokunun açılışı baş tutub. Açılış gününün ilk oyunu "Loru" və "Qarakilsə" komandaları arasında  baş tutub. Oyun "Loru" FK-nın "Qarakilsə" FK üzərində 15-2 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
90deqiqe.az

1Mənbələr