AZ

"Yuventus"dan "Fiorentina"ya

"Yuventus"un hücumçusu Moise Kin karyerasını "Fiorentina"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 24 yaşlı futbolçu artıq “bənövşələr” düşərgəsinə keçməyə razılaşdığını qeyd edib. Klublar italyan oyunçunun tam hüquqlu transferini müzakirə edir. Bu keçidin Florensiya klubuna 12 milyon avroya başa gələcəyi gözlənilir.

 2023/2024 mövsümündə Moise Kin "Yuventus"un heyətində 20 rəsmi oyun keçirib. Forvard heç bir təsirli hərəkəti ilə diqqət çəkməyib. Xatırladaq ki, “Fiorentina” son İtaliya çempionatının turnir cədvəlini səkkizinci pillədə başa vurmuşdu. Növbəti mövsüm komanda A Seriyasını Konfrans Liqasında təmsil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
90deqiqe.az

1Mənbələr